1-8
Şagirdlərin İsaya son borcunu ödəməsi üçün vaxtları qalmamışdı — Şənbə günü gəlib çatdı, İsanın bədənini ətirli maddələr və qiymətli yağlarla məsh etmək istəyən qadınlar bunu edə bilmədilər. Lakin Şənbə günü qurtaran kimi onlar yas tutaraq borclarını yerinə yetirmək üçün səhər tezdən qəbrin yanına getdilər. Onların bir narahatlığı var idi: qəbrin qapısı yox idi. Qapı dedikdə, mahiyyət etibarı ilə mağaranın ağzı, girişi nəzərdə tutulurdu. Girişdə araba təkəri boyda yuvarlaq bir daşın gedib-gəldiyi ensiz xəndək var idi. Qadınlar belə daşı yerindən tərpədə bilməyəcəklərini bilirdilər. Məzarlığa yaxınlaşanda isə gördülər ki, daş yuvarlanıb, qəbirdə isə Allahın mələyi oturub. Mələk onlara İsanın ölülər arasından dirilməsi barədə inanılmaz xəbər çatdırdı. Bir şey tamamilə aydındır — İsa ölülərdən dirilməsəydi, biz heç vaxt Onun haqqında heç nə eşitməzdik. Axı qadınlar ölüyə son xidmət göstərməyə gəlmişdilər. Şagirdlər isə bunun faciəli son olduğunu düşünürdülər. Şübhəsiz, Məsihin dirilməsinin ən yaxşı sübutu — İmanlı Cəmiyyətinin varlığıdır. Çünki kədərli və ümidsiz insanları sevincdən nur saçan, cəsarətlə dolu insanlara başqa heç nə çevirə bilməzdi. Məsihin dirilməsi bütün məsihçi inancının əsas və mərkəzi elementidir. Bizim dirilməyə olan imanımızdan növbəti məqamlar yaranır.
1. İsa Məsih — kitabdakı personaj deyil, canlı bir İnsandır. İsanın həyatını istənilən digər böyük tarixi şəxsiyyətin həyatı kimi sadəcə öyrənmək kifayət deyil. Bundan başlamaq olar, sonra isə Onunla şəxsi görüşlə bitirmək lazımdır.
2. İsa sadəcə keçmiş xatirə deyil, Onun hüzuru buradadır. Hətta ən dəyərli xatirələr belə tədricən yox olur. Yunanların bir sözü var idi — zaman hər şeyi silib aparır. Əgər İsa həmişə yanımızda olmasaydı, zaman Onun adını çoxdan yaddaşımızdan siləcəkdi.
O bizim isti, şirin, mülayim və daimi köməyimizdir.
İmanın öz Zeytun dağı, məhəbbətin isə öz Qalileyası var.
İsa Məsih haqqında danışmaq lazım deyil, Onunla görüşmək lazımdır.
3. Məsihçinin həyatı Məsih haqqında bilən insanın həyatı deyil, Məsihi şəxsən tanıyan insanın həyatıdır. Bütün fərq elə bundadır — bir insan haqqında bilmək və ya bir insanı şəxsən tanımaq. Demək olar ki, hamı kraliça Elizabeti və ya Amerika Birləşmiş Ştatlarının Prezidenti haqqında bilir, lakin çox az adam onları tanıyır. İsa Məsih haqqında hər şeyi bilən dünyanın ən böyük alimi Onu tanıyan ən təvazökar imanlıdan daha az bilir. Ancaq bu hissədə ən qiymətli olanı — başqa Müjdələrdə olmayan iki sözdür. Allahın mələyi dedi: «...gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin...» Yəqin ki, Peter bu sözləri eşidəndə çox ruhlandı! Xəyanətinin xatirəsi ona əzab verməli idi. Ancaq bunun əvəzində birdən ona şəxsi xəbər gəldi. Bu, İsaya xas olan xasiyyət idi — O, Peterin etdiyi pislik haqqında deyil, Peterə əzab verən vicdan əzabı haqqında düşünürdü. İsa üçün tövbə edən günahkara təsəlli vermək onun günahını cəzalandırmaqdan daha vacib idi. Bir adamın dediyi kimi: «İsa Məsihdə ən gözəl və qiymətli şey — məğlubiyyətə uğradığımız anda bizə yenidən güvənməsidir».
9-20
Girişdə gördüyümüz kimi, Markın Müjdəsi 8-ci ayədə bitir. Artıq bu hissəni oxuyanda Müjdənin qalan hissəsindən olan fərqi diqqət çəkir. Bundan əlavə, bu hissə Müjdənin əsas siyahılarının heç birində yoxdur. Bu, sonradan əlavə edilən xülasədir — ya Markın bu hissəni yazmağa vaxtı qalmayıb, ya da bu hissə sonradan itib. Bu hissənin əhəmiyyəti ondan ibarətdir ki, o, İmanlı Cəmiyyətinin və bizim vəzifəmizi çox gözəl şəkildə ortaya qoyur. Bu hissənin müəllifi əmin idi ki, İsa Məsih İmanlı Cəmiyyətinə müəyyən tapşırıqlar verib.
1. İmanlı Cəmiyyətinin üzərində təbliğ etmək vəzifəsi var. İsa Məsihin gətirdiyi Xoş Xəbəri onu heç vaxt eşitməyən insanlara çatdırmaq İmanlı Cəmiyyətinin və hər bir imanlının borcudur. Məsihçi İsanın elçisi olmalıdır.
2. İmanlı Cəmiyyətinin üzərində şəfa vermək tapşırığı var. Biz bunu dəfələrlə gördük. İman yolu təkcə insanın ruhuna və canına aid deyil, həm də bədəninə aiddir. İsa Məsih həm bədənə, həm də cana şəfa vermək istəyirdi.
3. İmanlı Cəmiyyətinin güc mənbəyi var. Hər şeyi hərfi mənada qəbul etmək olmaz. Düşünmək lazım deyil ki, məsihçi özünə zərər verməkdən qorxmadan zəhərli ilanları qaldırıb zəhər içə bilər. Bu məcazi mənadadır, yəni məsihçi, heç kəs olmadığı kimi, həyat problemlərinin öhdəsindən gəlmək üçün güc və bacarıqla təchiz edilib.
4. İmanlı Cəmiyyəti vəzifəsini yerinə yetirməkdə tək deyil. Məsih həmişə onunla, onda və onun vasitəsilə iş görür. İmanlı Cəmiyyətinin Ağası bu gün ondadır. O, bu gün də qüdrət Sahibidir.
Beləcə Müjdə həqiqi məsihçilərin hər zaman Çarmıxa çəkilmiş və ölülərdən dirilmiş Şəxsin hüzurunda və qüdrətində yaşaması xəbəri ilə bitir.
Papias (yun. Παπίας) – öz işini II əsrin birinci yarısında görmüşdür. O, müqəddəs kimi hörmət edilən İmanlı Cəmiyyətinin ilk liderlərindən biridir. Qeysəriyyəli Eusebius ona Frigiyada Hierapolis (Pamukkale) yepiskopu adını verir. Polikarpın dostu idi.↩︎
Stoik — stoisizm fəlsəfəsinin tərəfdarı.↩︎
Mark Avreli, Markus Avrelius (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121, Roma, İtaliya, Roma İmperiyası – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof.↩︎
Artur Şopenhauer (alm. Arthur Schopenhauer, 22 fevral 1788, Qdansk, Prussiya — 21 sentyabr 1860, Frankfurt-Mayn, Almaniya ittifaqı) — fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.↩︎
Con Qolsuorsi (ing. John Galsworthy; 14 avqust 1867– 31 yanvar 1933, London) — ingilis yazıçısı və dramaturq, məşhur “Forsaytlar haqqında saqa” silsiləsinin müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1932).↩︎
Cozef Redyard Kiplinq (ing. Joseph Rudyard Kipling; 30 dekabr 1865, Bombey, Britaniya Hindistanı – 18 yanvar 1936, London) — ingilis yazıçısı, şairi və novellaçısı, ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis (1907).↩︎
Flanş — standart olaraq istehsal olunan konstruksiya elementidir, iki borunu bir-birinə birləşdirmək və ya quraşdırma elementini (nasos, valf, filtr, çek valf və s.) qurğuya birləşdirmək üçün istifadə olunur. Flanşlar bəzi tətbiqlərdə maşınlar arasında fırlanma hərəkətini ötürmək üçün də istifadə olunur.↩︎
Şpindel — hərlənən dəzgahların əsas valı.↩︎
Trepanasiya — sümüyü deşmə əməliyyatı.↩︎
Satir — zool. başında buynuzaoxşar iki çıxıntısı olan quş.↩︎
Yepitrahil — (yun. επιτραχήλιον - boyun ətrafında olan) — pravoslav keşişinin və yepiskopunun liturgik geyimlərinə aiddir - boyuna sarılan və hər iki ucu ilə sinəyə enən uzun lent.↩︎
Novella — 1. ədəb. kiçik hekayə; 2. hüq. qanunlar külliyyatına, nizamnaməyə və s. sonradan əlavə edilən yeni qanun.↩︎
Samsatlı Lukian (120 – təq. 192, Afina, Axeya) — qədim yunan yazıçısı.↩︎
Katexizis — xristianların sual-cavab şəklində olan şəriət kitabı.↩︎
Qeysər Avqust (23 sentyabr e.ə. 63, Roma – 19 avqust 14) — Oktavian olaraq tanınan, e.ə. 27-ci eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru.↩︎
Panaseya — yalançı kimyagərlərdə: guya bütün xəstəlikləri sağaldan dərman.↩︎
Ekumenizm (yun. οἰκουμένη, məskunlaşan dünya, kainat) — ümumməsihçi birliyi ideologiyası, ekumenik hərəkat müxtəlif məsihçi konfessiyalarının yaxınlaşması və birləşməsi hərəkatı, məsihçilərarası münasibətlərin mexanizmlərindən biridir.↩︎
Asket [asket] isim yunan — maddi nemətlərdən əl çəkməklə mənəvi kamilliyə can atan insan, zahid, dərviş.↩︎
İndulgensiya (lat. Indulgentia: lat. indulgeo, "səbr etmək", "icazə vermək") — katolik kilsələrdə günaha görə müvəqqəti cəzalardan azad olunma. Bir neçə alman rahibi tərəfindən ortaya atılmış indulgensiya,buna görə məhz Almaniyada yaşamış olan alman keşiş Martin Lutherin 95 tezisi yazmasına,buna qarşı çıxıb reformasiya etməsinə səbəb olub.↩︎
Nyuqeyt həbsxanası (Newgate Prison) — 1188-ci ildən 1902-ci ilə qədər 700 il ərzində Londonun əsas həbsxanası olub. O, London şəhərinin şimal və ya Yeni qapısında, Old Bayli cinayət məhkəməsinin bilavasitə yaxınlığında yerləşirdi və burada ölümə məhkum edilənlər həbsxanaya aparıldı.↩︎
Vitraj — qapıya, pəncərəyə və s.-yə salınan rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxış.↩︎
Erudisiya — hər hansı bir sahədə dərin bilik, geniş məlumat.↩︎
Partitura — çoxsəsli musiqi əsərinin bütün əsas partiyalarının məcmusu.↩︎
Bolonka — ağ, yumşaq tüklü otaq iti.↩︎
Şürer, Emil (1844-1910) — alman protestant ilahiyyatçısı, İsa Məsih dövründə yəhudilərin mənəvi həyatının tarixçisi.↩︎
İsgəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri – təq. 50, İsgəndəriyyə, Roma Misiri) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır.↩︎
Plutarx (yun. Πλούταρχος, ən tezi 45 və ən geci 50, Xeroneya, Axeya, Qədim Roma – ən tezi 120 və ən geci 125, bilinmir) — Roma imperiyası dövründə yaşamış yunan tarixçisi, bioqrafı və filosofu. Orta platonçuluq məktəbinin təmsilçisi sayılır.↩︎
Kvint Fabi Maksim Kunktator ( Kunktator lat. astagəl, ləng, ehtiyatlanan) — II Pun müharibəsi zamanı Hannibalın ordusuna qarşı vuruşan diktator.↩︎
Flavi Stilixon (təqribən 358 - 22 avqust 408) — vandal mənşəli (ata tərəfindən) Roma sərkərdəsi, Honorius dövründə Qərbi Roma İmperiyasının faktiki hökmdarı.↩︎
Kamillo Kavur (10 avqust 1810 - 6 iyun 1861, Torino) — italyan dövlət xadimi, beynəlxalq və inqilabçı hərəkatlardan yararlanaraq Savoyya sülaləsi idarəsində İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Piyemontlu mühavizəkar dövlət adamı.↩︎
Stenli Boldvin (ing. Stanley Baldwin; 3 avqust 1867, Byudli, Vusterşir – 14 dekabr 1947, Byudli, Vusterşir) — ingilis dövlət xadimi, 1935-1937-ci illərdə Böyük Britaniyanın 59-cu baş naziri.↩︎
Desimus Yuni Yuvenal ( lat. Decimus Iunius Iuvenalis ; çox vaxt sadəcə olaraq Yuvenal ; 50-60 arasında, Akino , Roma İmperiyası - 127-dən sonra , Roma , Roma İmperiyası ) — Roma satirik şairi, yazıçısı və natiqi.↩︎
Robert Luis Stivenson (ing. Robert Louis Balfour Stevenson; 13 noyabr 1850, Edinburq - 3 dekabr 1894, Upolu, Samoa) — Şotland yazıçısı və şairi, macəra romanları və qısa hekayələr müəllifi, neo-romantizmin ən böyük nümayəndəsi.↩︎
Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599 – 3 (13) sentyabr 1658, Vestminster, Böyük London və ya Vestminster borosu, İngiltərə Respublikası) — İngiltərə burjua inqilabının başçısı.↩︎
Brüs Barton (Bruce Fairchild Barton; 5 avqust 1886, Tennessi, ABŞ - 5 iyul 1967) — amerikalı yazıçı, kopirayter, iş adamı, konqresmen, xeyriyyəçi, ən böyük BBDO reklam agentliyinin rəhbərlərindən və qurucularından biridir.↩︎
Nissalı Qriqori (yun. Γρηγόριος Νύσσης; d. 335 – ö. 394, Kappadokiya) — məsihçi yazıçısı, ilahiyyatçısı, Nissa şəhərinin yepiskopu, kilsə müqəddəsi, Kappadokiya kilsə atalarından biri.↩︎
Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.↩︎
Lombardlı Peter (1160-cı ildə vəfat edib; Peter Novara, Peter Lombard, Lombard, Lombard; lat. Petrus Lombardus) — 12-ci əsrin katolik ilahiyyatçısı və sxolastik filosofu, aforizmlərin ustası (lat. Magister sententiarum, öz ləqəbini ən məşhur əsərinin “Dörd kitabda aforizmlər” kitabından alıb).↩︎
Transliterasiya — bir yazı sistemindəki hərflərin başqa bir yazı sisteminin hərfləri ilə verilməsi.↩︎
Jozef Lui Laqranj (25 yanvar 1736, Turin və ya Turin – 10 aprel 1813, Paris) — fransız riyaziyyatçısı, mexanik və astronomu.↩︎
Dağarcıq [dağarcıx] — kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta.↩︎
Arkada — tağla örtülən, təkrarlanan eyni oyuqların sırasıdır. Arkadanın qurulması üçün bir sıra ölçülər – oyuqların eni və hündürlüyü, divarın pəncərə və qapılar arasındakı hissəsi, o cümlədən divarın qalınlığı müəyyənləşdirilməlidir. Bütün deyilən ölçülər bir-birindən asılıdır.↩︎
Prokurator (lat. procurator - “idarəçi”) — qədim Romada idarəçinin adı. Tarixən bu, ağa malikanələrini idarə edən qulluqçuların, sonra eyniadlı dövlət vəzifəsinin gəlməsi ilə imperiya mülkünün bu və ya digər hissəsinə rəhbərlik edən yüksək vəzifəli məmurların və əyalətlərin valilərinin adı idi.↩︎
Publius Sulpisius Kvirini (e.ə. təxminən 45-ci ildə anadan olub; e.ə. 21-ci ildə dünyasını dəyişib) — qədim Roma siyasətçisi, e.ə. 12-ci ildə konsul, (e.ə.6-cı ildə) Suriya əyalətinin Roma valisi olub.↩︎
Qalileyalı Yəhuda (Yəhuda ben Xizgiya; Qamaladan Yəhuda) — Qaliley üsyançısı, "fəlsəfi məktəbinin banisi", Qamla (Qamala) şəhərindəndir. İosif Flaviusda Yəhuda "sofistlər", yəni alim adlanır.↩︎
Natura — pul əvəzində verilən mal, məhsul, əmtəə.↩︎
Levirat (lat. “levir” - qayın) — nikahın kəbin qədim kəbin formalarından biri, vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi. Levirat adətinə görə kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə onun subay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mərhum qardaşının uşaqlarını saxlamaq niyyəti ilə onun dul qadınına evlənirdi.↩︎
Apokalipsis (yun. apokalypsis hərf, kəşf) — dünyanın sonu və bəşərin məhvinin mümkünlüyü haqda dini ehtimal.↩︎
Valhalla — German-skandinav mifologiyasında döyüşdə həlak olan qəhrəmanların məskəni, Asgardda, həm də baş tanrı Odinin sarayıdır. Valkyrie`lər döyüşdə ölmüş qəhrəmanların ruhlarını buraya gətirir və onlar böyük döyüş, dünyanın sonuna, Raqnaroka kimi burada qalırlar.↩︎
Mezuza — Yəhudi evlərinin giriş qapısının sağ tərəfində, Tövratdan olan mətnlərdən ibarət qoyulmuş bir qutu və evin qapısına ilişdirilmiş bir qutu parçası. İvrit dilində “mezuza” qapıya yapışdırılan və ya quraşdırılan yamaca deyilir. Yalnız bu fərqlə ki, düzəldilib yapışdırılmış və ya quraşdırılmış taxta və ya metal qutuda Tövratın “qanunun təkrarı” kitabından mətnlər yazılır.↩︎
Abbat, rahib — 1. katolik monastırının başçısı; 2. katolik keşişi.↩︎
Futurologiya — gələcəyi proqnozlaşdıran, ictimai inkişafın mümkün gələcəyi barədə ehtimallar irəli sürən elm sahəsi.↩︎
İmpressionist — 1. İmpressionizm tərəfdarı olan rəssam, musiqiçi, yazıçı. 2. Sifət kimi: impressionizm mahiyyətində olan, impressionizm üçün səciyyəvi olan; şəxsi təəssürat və əhvali-ruhiyyəyə əsaslanan.↩︎
Bidətçi — iman yolunda olmayan şeyi qanun kimi qəbul edən insanlar.↩︎
Bidət (isim ərəb) — hamı tərəfindən qədimdən bəri qəbul edilmiş qayda və adətə, yaxud dinə zidd olan şey, keyfiyyət.↩︎
Sibillər (qədim yunanca σίβυλλαι, tək σίβυλλα, lat. sibylla, sibulla) — qədim mədəniyyətdə gələcəyi, çox vaxt fəlakətləri vəcdlə xəbər verən peyğəmbərlər və falçılar.↩︎
Ellada —Yunanıstanın öz adıdır. Ellada termini çox vaxt Qədim Yunanıstana şamil edilir.↩︎
Sprint qaçışı — populyar idman sahələrindən biri deyil, eyni zamanda fiziki formanı qorumaq, sağlamlığı yaxşılaşdırmaq və kilo vermək üçün təsirli bir məşqdir. Atletikadakı bu istiqamətə qısa məsafəyə qaçış da deyilir.↩︎
Əllinci Gün bayramı — yunan mətnində pentikosti sözü olub Pasxa bayramından sonra əllinci gün qeyd edilir.↩︎
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; ən tezi 21 may 1265 və ən geci 21 iyun 1265, Florensiya – 14 sentyabr 1321, Ravenna, Papa dövləti) — italyan şairi, italyan ədəbi dilinin banisi.↩︎
Homer (e. ə. IX əsr, Xios – e. ə. VIII əsr) — Antik dönəmdə yaşamış İoniyalı şair.↩︎
Axilles — «İliada» poemasının baş qəhrəmanı, yunan ordusunun ən cəsur sərkərdəsi, yunanların qəhrəmanı.↩︎
Odissey (yun. Ὀδυσσεύς; lat. Ulysses) — yunan mifologiyasında qəhrəman və İtaka çarı, Penelopanın əri və Telemaxın atası.↩︎
Orfey — əfsanəvi müğənni və lirik, qədim yunan miflərinin qəhrəmanıdır.↩︎
Kooptasiya — hər hansı bir seçilən orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi.↩︎
Koqorta — qədim Romada təxminən 600 nəfərlik qoşun dəstəsi; legionun onda biri;↩︎
Mantiya — plaş şəklində qolsuz, uzun üst geyim.↩︎