1-10
Bu, Mattanın boş məzar haqqında hekayəsidir. Yeri gəlmişkən, dirilmiş Rəbb haqqında xəbəri ilk öyrənən, Onu görən Məcdəlli Məryəm və digər Məryəmin olması çox yaxşıdır. Onlar Məsih Çarmıxa çəkiləndə Onun yanında idilər, Onu məzara qoyanda da orada idilər. İndi məhəbbətlərinə görə mükafat isə Dirilmə barədə ilk bilmələri idi.
Boş məzarı və Dirilmiş Məsihi görən ilk iki qadının hekayəsini oxuyanda, düşünürük ki...
1. Onlar buna inanmalı idilər. Baş verənlər o qədər heyrətamiz idi ki, buna inanmaq mümkün deyildi. Bunun həqiqət olması çox heyrətamizdir. Mələk qadınlara İsa Məsihin vədini xatırladır və onlara boş məzarı göstərir. Mələyin hər bir sözü onları iman etməyə səsləyir. Hələ də çoxları fikirləşir ki, Məsihin vədlərinin həqiqət olması inanılmaz idi. Onun sözünə inansaq, tərəddüdlərimizi aradan qaldıra bilərik.
2. Onlar bu xəbəri başqaları ilə bölüşməli idilər. Qadınlar Məsihin dirilməsi barədə eşidəndə, bunu başqalarına bildirmək onların vəzifəsi idi. «Tez gedin!» — bu, İsa Məsihin möcüzəsini görən şəxsə verilən ilk əmrdir.
3. Onlar sevinməli idilər. Dirilən Məsih onları hayrete sözü ilə qarşıladı. Bu söz, adətən, salamlaşma kimi işlədilir, hərfi mənada «Sevinin!» deməkdir. Dirilən Rəblə görüşən insan Onun hüzurunda sevinc içində yaşamalıdır. Bu hüzurdan onu heç kim ayıra bilməz.
11-15
Keşikçilərdən bəziləri baş kahinlərin yanına gəlib onlara boş məzar haqqında danışanda, yəhudi rəhbərlər çox narahat oldular. Doğrudanmı, onların bütün planları iflasa uğramışdı? Buna görə onlar sadə bir plan hazırladılar: yəhudi rəhbərlər əsgərlərə rüşvət verərək dedilər ki, guya onlar yatarkən şagirdləri gəlib İsanın cəsədini oğurlayıblar.
Yəhudi hakimiyyət orqanlarının çarəsizcəsinə İsanı məhv etmək üçün hansı üsullardan istifadə etdiklərini bir daha qeyd etmək maraqlı olar. Onu tutmaq üçün xəyanətdən istifadə etdilər. Onu ədalətsiz şəkildə mühakimə etdilər. Ponti Pilatın qarşısında Onu ittiham etmək üçün böhtan atdılar. İndi isə Onun haqqında həqiqəti susdurmaq üçün rüşvətə əl atdılar. Bütün bunlara baxmayaraq, onlar uğursuzluğa düçar oldular. Latın atalar sözündə deyilir ki, həqiqət qalib gələcək. Tarix də göstərir ki, sonda bütün insan hiylələri həqiqəti gizlədə və qarşısını ala bilməz. Xoş Xəbər pis sui-qəsdlərdən daha böyükdür.
16-20
Burada biz Müjdə hekayəsinin sonuna gəlib çatırıq. İsa Məsihin şagirdlərinə dediyi son sözlərini eşidirik. Bu son görüşdə İsa Məsih üç şey etdi.
1. O, şagirdlərini Ona verilən səlahiyyətə inandırdı. Təbii ki, hər şey Çarmıxda Ölən və ölümə qalib Gələnin ixtiyarında idi. İndi onlar yerdə və göydə danılmaz səlahiyyəti olan Rəbbin qulları idilər.
2. O, şagirdlərinə tapşırıq verdi. İsa onları bütün dünyanı Onun şagirdləri etməyə göndərdi. Ola bilsin ki, vəftiz olunmaq əmri İsanın sözlərinin açıqlamasıdır. Bu, mübahisəli məqamdır. Bununla belə, vurğulamaq vacibdir ki, İsa Məsih şagirdlərinə bütün insanları inandırmağı və onları Onun yanına gətirməyi tapşırdı.
3. O, şagirdlərinə həmişə onlarla olacağını vəd etdi. On bir təvazökar qalileyalıya bütün dünyanı fəth etmək üçün göndərilmək heyrətamiz görünə bilərdi. Onlar bunu eşidəndə, yəqin ki, həyəcanlanmışdılar. Amma onlara tapşırıq veriləndən dərhal sonra vəd verildi. Onlar da bizim kimi dünyada böyük tapşırığı yerinə yetirmək üçün göndərildi. Lakin dünyanın ən böyük Adamı — İsa Məsih həmişə onlarla idi.
Müntəxəbat — seçilmiş əsərlər məcmuəsi, dərslik.↩︎
Kompleks — bir tam təşkil edən şeylərin və hadisələrin məcmusu.↩︎
Yustín Filósof (Əzabkeş Yustin; Nablus (şəhər) — təq. 165, Roma) — erkən məsihçi apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır.↩︎
Qay Svetoni Trankvill (lat. Gaius Suetonius Tranquillus) — Qədim Roma tarixçi və yazıçısı, ensiklopedist-alim, imperator Adrianın şəxsi katibi. Latın dilində yazdığı «On iki qeysərin həyatı» adlı bioqrafik məcmuəsi Qədim Roma tarixi üzrə mühüm mənbələrdəndir. Svetoninin digər əsərləri fraqmental şəkildə saxlanmışdır.↩︎
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 — təq. 120, Roma İmperiyası) — Roma tarixçisi.↩︎
Lutsius Anneus Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoisist-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən görkəmli nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. «Gənc Seneka» kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə «Seneka» kimi tanıyırlar.↩︎
Talmud — ibranicə «təlim» deməkdir. Bu təfsir külliyatının müasir variantı 19 cilddən ibarətdir. Yəhudilər Talmuda Tövrat qədər hörmət edirlər. Kitab üç hissədən ibarətdir: Mişna; Qüds Gemarası; Babilistan Gemarası. Tövratı təfsir edən alimlər-ravvinlər yəhudi xalqının həyatında mühüm rol oynadılar. Onlar Tanahı (Tövrat) təfsirlə sadə camaata izah edirdilər. İnsanlar müxtəlif məsələlərlə bağlı ravvinlərə müraciət edir, onlardan gündəlik problemlərlə bağlı məsləhət alır, Əhdi-Ətiq müəllimləri isə öz növbəsində, yaranmış məsələlərə uyğun hökm çıxarırdılar. Bu hökmlər, qaydalar, təfsirlər əzbərlənərək nəsildən-nəsilə ötürülürdü. Zaman keçdikcə, şifahi ənənənin yazıya alınması zərurəti yarandı. Çünki hər gün məhkəmələrdə nikah, təsərrüfat və s. bu kimi məsələlərlə bağlı yüzlərlə iş qaldırılırdı; təəssüf ki, bunlara dair Əhdi-Ətiqdə heç bir şey deyilmirdi. Bunu nəzərə alan ravvinlər, Yəhudi dininin gələcəyini düşünərək, Tövratın nəsildən-nəsilə keçən təfsirini və izahını yazıya aldılar, nəticədə çoxcildli külliyat meydana gəldi. Qələmə alınan bu külliyyat Talmud adlandırıldı.↩︎
Origе́n (lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli məsihçi ilahiyyatçısı, filosof, alim.↩︎
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, təqribən e.ə. 469 — e.ə. 399) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi.↩︎
Moralist — 1. əxlaqi əsərlər yazan yazıçı; 2. əxlaq dərsi verən vaiz; 3. əxlaqdan dəm vuran adam.↩︎
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384, Stagir, Xalkidiya liqası — e.ə. 322, Stagir, Makedoniya İmperiyası) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi, Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi.↩︎
Reverans — əyilərək salam vermə üsulu.↩︎
Kvínt Septímius Flórens Tertullián (lat. Quintus Septimius Florens Tertullianus; 155/165, Kartaca — 225/240, Kartaca) — ən tanınmış erkən Xristianlığın yazıçılarından, ilahiyyatçılarından və apologetlərindən biri, 40-a yaxın əsərlərin müəllifi.↩︎
Magistrat — qədim Romada ali dövlət vəzifəsi↩︎
Kuporos — ağır metalların sulfat duzu.↩︎
Mişna — ibranicə "Təkrar" deməkdir və Talmudun əsas mətnini təşkil edir. Mişnada Yəhudi dininin dini-əxlaqi qayda və qanunları izah edilir.↩︎
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] — təq. 50, İsgəndəriyyə, Roma Misiri) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır.↩︎
Dirijor üçün xüsusi qurğu — hündür, üstü maili, musiqi partiturası üçün kürsüdə dayanan stenddir; zahirən kilsədə üzərinə ikona və ya dua kitabları qoyulan hündür stola bənzəyir.↩︎
Snobizm — özünü aristokratlara oxşatmağa çalışmaq. — tərcüm. qeydi.↩︎
Matrona — qədim romalılarda: böyük ailə anası.↩︎
Spurius Karvilius Maksimus Ruqa (lat. Spurius Carvilius Maximus Ruga; e.ə. 211-ci ildə vəfat edib) — eramızdan əvvəl 234 və 228-ci illərdə konsul olan Karviliya plebey ailəsindən olan qədim Roma siyasətçisi və hərbi rəhbəri.↩︎
İsgəndəriyyəli Kliment — II əsrin sonları III əsrin əvvəllərində yaşamış alim.↩︎
Kvakerlər (ing. quakers) — hərfi mənası: titrəyənlər, XVII əsrin ortalarında İngiltərədə dini-xristian icmasının üzvləri. Əsası sənətkar C.Foks tərəfindən qoyulmuş bu icma ruhani institutunu və kilsə mərasimlərini rədd edib. Pasifizmi təbliğ edən kvakerlərin təliminə görə, insan Allahla birbaşa, kilsə və ruhanilərin vasitəçiliyi olmadan da ünsiyyətə girə bilər. İngilis hökuməti və Anqlikan kilsəsi tərəfindən təqib olunduqları üçün kvakerlər XVII əsrin 60-cı illərindən etibarən Şimali Amerikaya mühacirət etməyə başlayıblar. Lakin 1689-cu ildə İngiltərədə kvakerlərin statusu leqallaşdırılıb. Hazırda kvakerlərin əsas icmaları ABŞ, Böyük Britaniya və Şərqi Afrika ölkələrində yerləşir.↩︎
Xiton — qədim yunanlarda: uzun köynəyə oxşar geyim.↩︎
İmmanuel Kant (alm. Immanuel Kant, 22 aprel 1724, Köniqsberq — 12 fevral 1804, Köniqsberq) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri.↩︎
Martin Lüter (alm. Martin Lutherə) — Almaniyada reformasiyanın başçısı, alman protestantlığının (lüteranlıq) banisi. 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi.↩︎
Behemot — bu gün bizə məlum olmayan nəhəng su heyvanı↩︎
Livyatan — bu gün bizə məlum olmayan nəhəng su heyvanı.↩︎
Mavr — orta ərlərdə Afrika ərəbləri və bərbərlərinin ümumi adı.↩︎
Anemon — qaymaqçiçəklilər fəsiləsindən bəzək bitkisi.↩︎
Mişel de Monten (tam adı: Mişel Ekem de Monten, fr. Michel de Montaigne; fr. Michel Eyquem de Montaigne; 28 fevral 1533 — 13 sentyabr 1592 — fransız intibah dövrünün yazıçısı və filosofu.↩︎
Kirli Teodoret (qədim yunan Θεοδώρητος ὁ Κύρου; 386 (393?) — təxminən 458/466) — Kir şəhərinin yepiskopu, ilahiyyatçı, xristianlığın ən görkəmli apoloqlarından biri.↩︎
Yevxaristiya (yunan dilindən şükür) — Rəbbin Süfrəsi kimi bilinən bu ayin xristianlıqda ən mühüm müqəddəs mərasimlərdən biridir.↩︎
İsokrat (yun. Ἰσοκράτης, e.ə. 436, Afina — e.ə. 338, Afina) — afinalı ritorik, Teodorun oğlu, Qorgianın və başqa sofistlərin tələbəsi.↩︎
Epiktet (yun. Έπίκτητος, təq. 50, Hierapolis — 138) — yunandilli Roma filosofu, stoaçılıq məktəbinin ardıcılı. Öz fəlsəfəsində daha çox praktiki müdriklik haqqında danışan Epiktet, eramızın 50-138-ci illəri arasında yaşayan, yeni stoizmin (Roma stoizmi) nümayəndələrindən biridir.↩︎
Marcus Aurelius Severus Alexander (1 oktyabr 208 — 18 mart 235) — Roma İmperatoru tez-tez Severan sülaləsinin üzvü (222-235) Severus Alexander adlanır.↩︎
Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (təxminən m. ö. 570 — 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi.↩︎
Publi Kvintili Var ( lat. Publius Quinctilius Varus; b.e. 9-cu ilin sentyabrında vəfat edib, Teutoburg meşəsi (müasir Bramşe), Almaniya) — Kvintiliusun patrisi ailəsindən olan Roma sərkərdəsi və siyasətçisi, e. ə. 13-cü ildə adi konsul.↩︎
Tomas Karleyl — 4 dekabr 1795 — 5 fevral 1881) Şotlandiya tarixçisi, satirik yazıçı, esseist, tərcüməçi, filosof, riyaziyyatçı.↩︎
Edvard Buveri Pyusi (ingiliscə Edward Bouverie Pusey, 22 avqust 1800 — 16 sentyabr 1882) — İngilis anqlikan ilahiyyatçısı, şərqşünas, kilsə tarixçisi, müəllim, ruhani və elmi yazıçısı.↩︎
Züfa otu — qurbanlar üçün istifadə olunan bitki.↩︎
Senturionlar — Qədim Roma ordusunda bölmə komandiri. Senturion cəsur və təcrübəli döyüşçülərdən təyin olunurdu. Senturionlar sıravi legionerlərlə müqayisədə müəyyən imtiyazlara malik olub, sərt nizam-intizamın qorunmasında böyük rol oynayırdılar. Əsasən 100 nəfərdən ibarət ordu vahidinə başçılıq edirdilər.↩︎
Markus Terentius Varro — eramızdan əvvəl 1-ci əsrdə yaşamış romalı alim-ensiklopedist və yazıçı, doğulduğu yerə görə Reatinli Varro adlandırılmışdır.↩︎
Mark Porsi Katon (təq. e.ə. 234 — e.ə. 149, Roma) — Qədim Roma yazıçısı, Roma ədəbi nəsrinin banisi, dövlət xadimi.↩︎
Pyotr Krisoloq (təxminən 380 — 31 iyul 450, İmola, Bolonya, İtaliya) — xristian ilahiyyatçısı, kilsə müəllimi. Pravoslav və Katolik Kilsəsinin müqəddəsləri arasındadır, iyulun 30-da anım mərasimi keçirilir.↩︎
Emanuel Svedenborq (əsl adı Emanuel Svedberg; 29 yanvar 1688, Stokholm — 29 mart 1772, London) — isveçli təbiətşünas, xristian mistik, teosofist, ixtiraçı idi. O, kosmologiya, mexanika, riyaziyyat, anatomiya, fiziologiya, siyasət, iqtisadiyyat, metallurgiya, geologiya, dağ-mədən və kimya üzrə təhsil alıb. Metal emalı üzrə əsərlərin müəllifidir. Beyin mineralogiyası və fiziologiyası kimi elmlərin banisi hesab olunur.↩︎
Herbert Corc Uells ya da daha çox tanındığı adla H. G. Uells (21 sentyabr 1866 — 13 avqust 1946, London) — Dünyalar döyüşü, Görünməz adam, Moreaunun adası və Zaman maşını adlı fantastik romanlarıyla tanınan amma, demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış İngilis yazıçısıdır.↩︎
Vilyam Batler Yeyts (13 iyun 1865 — 28 yanvar 1939, Mentona) — ingilis dilində yazan İrlandiya şairi, dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1923).↩︎
Sinoplu Diogenes (təq. e.ə. 400, Sinop — təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi.↩︎
Sparta (Qədim Elence; Attika ləhcəsi: Σπάρτη Spártē, qədim Dor ləhcəsi: Σπάρτα Spártā) — klassik antik dövrdə ən çox „Λακεδαίμων" Lakedaimon olaraq adlandırılan şəhər. E.ə. II minilliyin sonunda Dori istilasından sonra Peloponnes (Mora) yarımadasında dorilər tərəfindən qurulan şəhər və şəhər dövləti. Yunanıstanda qədim dövlət.↩︎
Qalileo Qaliley (15 fevral 1564, Piza — 8 yanvar 1642, Arçetri) — italyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.↩︎
Nikolay Kopernik (1473 -1543) — milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır.↩︎
Tiberi Klavdi Neron Germanik (1 avqust e.ə. 10 — 13 oktyabr 54, Roma) — Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54).↩︎
Herodot (təq. e.ə. 484, Halikarnas — təq. e.ə. 425) — qədim yunan tarixçisi. O "Tarix" əsərinin müəllifidir.↩︎
Laktánsius (lat. Lucius Caecilius Firmianus Lactantius; təq. 250 — təq. 325, Trir) — sonuncu latındilli apologetlərdən biri. O Arnobiusun tələbəsi olub və Xristianlığın Romada rəsmi dövlət dininə çevrilməsi dövründə yaşamışdır. Bu səbəbdən, onun yeddi kitabdan ibarət «Divinae institutiones» (İlahi qanunlar haqqında) əsəri imperator Konstantina həsr edilmişdir. Gələcəkdə Xristianlığın geniş perspektivlərinin olduğunu duyan Laktantiusun kitabı optimist ruhunda yazılmışdır.↩︎
Kiçik Plini (tam adı: Gaius Pliny Caecilius Secundus; təxminən 61 — 113) — qədim Roma siyasətçisi və yazıçısı, hüquqşünası. Böyük Plininin qardaşı oğlu.↩︎
Rotterdamlı Erazm (lat. Desiderius Erasmus Roterodamus; 28 oktyabr 1466, Rotterdam, Cənubi Hollandiya — 12 iyul 1536 və ya 1536, Bazel) — ilahiyyatçı, alim və yazar. Erazmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Avropa İntibahının böyük ustası və klassik ədəbiyyat tədqiqatçısı, humanist alim və ilahiyyatçı.↩︎
VIII Henri (28 iyun 1491 — 28 yanvar 1547) — İngiltərə və İrlandiyanın Tüdor sülaləsindən olan ikinci kralıdır. 6 dəfə evlənməsi və İngiltərəni Katolik Kilsəsindən ayıraraq Anqlikan Kilsəsini qurmaqla tarixə iz qoymuşdur.↩︎
Makkabilər (ibranicə Makabim) Yunan Selevkilər sülaləsinin kralı Antiox IV Epifan üçün mübarizə aparan və müstəqilliyə nail olan yəhudi azadlıq hərəkatını təşkil edənlər.↩︎
Mark Ulpi Trayan (18 sentyabr 53 — avqust 117, Selinus, Roma İmperiyası) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur.↩︎
Resenziya — bir əsər, tamaşa və s. haqqında yazılmış tənqidi rəy.↩︎
Maymonid (30 mart 1138, Kordova, Mürabitlər dövləti — 13 dekabr 1204, Qahirə, Əyyubilər dövləti) — Böyük yəhudi filosofu və ilahiyyatçısı, elm dünyasında "Maymonid", yəhudi qaynaqlarında isə "Rambam" adı ilə tanınan Moşe ben Maymon.↩︎
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, Böyük Pompey və ya sadəcə Pompey (ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen, Roma respublikası — 28 sentyabr e.ə. 48, Pelusi, Ellin Misiri) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri.↩︎
Tit Flavi Vespasian (17 noyabr 9 — 23 iyun 79) — Roma imperatoru, Flavilər sülaləsinin banisi.↩︎
Kvaker — İngiltərədə və ABŞ-da kilsə mərasimlərini inkar edən xristian dini təriqətinin üzvü.↩︎
Ayrıq — yemlik dənli bitki.↩︎
Kisə — yunan mətnində saton, təqribən 37 litr.↩︎
Pafos — coşğunluq, ruh yüksəkliyi, vəcd, həyəcan, təmtəraq.↩︎
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları — sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır.↩︎
Antakyalı İgnatius (Suriya, 35 — Roma, 110-115), Antakya yepiskopu. Trayanın hakimiyyəti dövründə Romada şəhid oldu (İs 98-117). O, ikinci əsr məsihçiləri arasında mühüm rol oynayıb, nüfuzlu və etibarlı bir şəxs idi.↩︎
Diana məbədi — Roma ilahəsi Diana (qədim yunanlar arasında — Artemida) üçün ziyarətgah, ibadət yeridir.↩︎
Samuel Conson (18 sentyabr 1709 -13 dekabr 1784) — ingilis şairi və tənqidçisi, dramaturq, ədəbiyyatşünas, bioqraf.↩︎
Bertel Torvaldsen (dan. Bertel Thorvaldsen; 19 noyabr 1770, Kopenhagen — 24 mart 1844, Kopenhagen) — Danimarka rəssam və heykəltəraşı, son klassizmin ən parlaq nümayəndəsi. Romadakı müqəddəs Luka Akademiyasının (1833-cü ildən) prezidenti olmuşdur. Əsərləri əsasən mərmərdəndir.↩︎
Mohandas Karamçand «Mahatma» Qandi (2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri.↩︎
Renta — sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan alınan gəlir.↩︎
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol — 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Bütpərəstliyin tərəfdarı olan Mürtəd Yulianın fəaliyyətina görə xristian ruhaniləri ona bu ləqəbi vermişdilər. Bir sıra əsərin müəllifidir. Dəclə çayı kənarında iranlılara qarşı müharibədə aldığı yaradan ölmüşdür.↩︎
Teokratiya — siyasi hakimiyyətin ruhanilər əlində olan idarə üsulu.↩︎
Levirat (lat. «levir» — qayın) — nikahın kəbin qədim kəbin formalarından biri, vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi. Levirat adətinə görə kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə onun subay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mərhum qardaşının uşaqlarını saxlamaq niyyəti ilə onun dul qadınına evlənirdi.↩︎
Transliterasiya — bir yazı sistemindəki hərflərin başqa yazı sistemi hərflərilə verilməsi.↩︎
Tit Labien (lat. Titus Labienus; e.ə. 17 mart 45-ci ildə Munda döyüşündə, Uzaq İspaniya, Roma Respublikasında vəfat edib) — Roma siyasətçisi və sərkərdəsi, e.ə. 63-cü ildə xalq tribunu. e.ə. 60 və ya 59-cu illərdə pretor vəzifəsində çalışmışdır. Leqat və onun bir çox uğurlarına töhfə verən Qay Yuli Sezarın Qalli kampaniyası zamanı ən yaxın tərəfdaşlarından biridir.↩︎
Soldan Xrizip (e.ə. 281-278, Kilikiyada Sola (və ya Tarsus) — e.ə. 208-205 Afina) — filosof, erkən stoisistlərin nümayəndəsi.↩︎
Assizli Fransisko — məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisidir.↩︎
Qay Sestiy Qallus (konsul 35 il) — qədim Roma siyasətçisi.↩︎
Zürriyyət [zürriyət] — klassik ədəbiyyatda övlad, nəsil, soy mənalarında işlənmişdir. «Mirzənin, budur, saqqalı düşüb qurşağına, amma zürriyyəti yoxdur». (Ə. Haqverdiyev).↩︎
İsgəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] — təq. 50, İsgəndəriyyə, Roma Misiri) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçisi.↩︎
Aul Vitelli Germanik (lat. Aulus Vitellius Germanicus Augustus; 24 sentyabr 15 və ya 7 sentyabr 15 — 22 dekabr 69, Roma) — 69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru olub.↩︎
Evsebi Pamfil (təq. 265 və ya 270-ci illər, Fələstin Kesariyası, Roma imperiyası — may 339, Fələstin Kesariyası, Roma imperiyası) — İlk dövr xristian ilahiyyatçılarından biri (263–340).↩︎
Diadema — qadınların başlarına qoyduqları tacşəkilli daş-qaşlı bəzək.↩︎